15 C
Baku
Thursday, May 9, 2024

IKEA-nın təsisçisindən biznes tövsiyələri

İnqvar Kamprad səhv, arzular və daima nəyisə yaxşılaşdırmaq istəyi barədə

Ailə şirkətdir, şirkət isə ailədir.

Təəssüf ki, mən çox məğlubiyyətlə üzləşmişəm. Çox kədərli haldır ki, ilk uğursuzluqlar məni çox az şeyə öyrədib. Əksinə, mən eyni səhvləri təkrarlamaqda, davam edirdim. Atam mənə tez-tez deyərdi: “İnqvar, sən çox sadəlövh və tez inanansan, Səndən heç nə çıxmayacaq”.

Ən effektiv metod –şəxsi nümunədir.

Mən düşünürəm ki, uğursuzluq olmadan siz hədəfə nail ola bilməzsiniz.

Mən hələ də ilk gəlirimi əldə etdikdə, hiss etdiyim o xoş duyğunu xatırlayıram. O, zaman, mənim ən çox 5 yaşım olardı.

Səhv etmək qorxusu – bürokratiyanın kökü və inkişafın düşmənidir.

Əldə etdiklərini qorumaq, həm də yeni imkanlar axtarmaq lazımdır.

Sentimentallıq və gözlərimin necə asanlıqla yaşarması, hələ də mənim xarakterimin əsas cizgiləridir.

Bizim istehlakçılar üçün yaxşı olan hər şey, son nəticədə bizim üçün də yaxşıdır.

Liderliyin əsas problemi və lənəti də bəlkə ondadır ki, insanlar həmişə özləri haqqında düşünürlər. Hətta siz onları söhbət etməyə dəvət etsəniz belə, təhtəlşüurda elə adamı seçirsiniz ki, onlardan təxmini nə eşidəcəyinizi təsəvvür edirsiniz. Onda söhbət tamamı ilə dürüst və obyektiv alınmır.

Öz həyatını yaxşıya doğru dəyişmək – statuslardən və rəsmiyyətdən azad olmaq, daha sərbəst, azad insan olmaq deməkdir. Biz istəyirik ki, adımız belə bir yanaşma ilə assosiasiya olunsun.

Mən inək sağmağı və ot biçməyi bacardığıma görə bu gün də fəxr edirəm.

Hər hansı bir alış-verişi edərkən həmişə bir sual vermək vərdişim var – mən bu məhsulu bir az daha ucuz necə əldə edə bilərəm?

Bizneslə məşğul olmaq mənə hələ də çoxdur. Amma daha çox məmnunluq hissini məhz onda yaşayıram ki, mənim yeni ideyalarım əmələ gəlir və mən digər insanları da bu ideyaların gerçəkləşməsinin mümkünlüyünə inandırmaqda özümdə cəsarət tapıram

Qəlbimdəki şeytan mənə deyir ki, hələ nə qədər çox şey etmək olar…. Mən heç zaman tam razı qalmıram. İçimdəki bir hiss mənə eşitdirir ki, bu gün etdiyim bir işi sabah daha da təkmil etməliyəm.

İnsanlara etibar etməməyi öyrənməyim çox uzun müddət çəkdi. Lakin bu gün mən artıq deyirəm: Kiminləsə əl sıxdığınıza (və ya çörək kəsdiyinizə) etibar etməyin. Müqavilələri həmişə yazılı bağlanır.

Əgər siz insanların simpatiyasını qazana bilməsəniz, onlara heç nə satmaq alınmayacaq.

Problemlər yeni imkanlar açır.

Həllə çox-çox əvvəl mən belə bir sadə qaydanı mənimsədim: satışların 1% azalması, nəticədə gəlirlərin 10% azalmasına gətirib çıxarır.

Hər bir səviyyədəki xərclər barədə məlumatlı olmaq bizim üçün artıq maniyaya çevrilib. Qənaət edilməsi mümkün ola hər qəpiyə qənaət etmək lazımdır.

Ən çox məni o narahat edir ki, biz rahatlaşa, ləngiyə və əldə etdiklərimizə qane olmağa başlaya bilərik.

Bizim kompaniyanın öz sarsılmaz prinsipləri vardır. Onlardan biri ondan ibarətdir ki, biz heç zaman rüşvət vermirik.

Bir az xəsis olmaq daha yaxşıdır, nəinki pulu sağa-sola xərcləmək

Mənim artıq 76 yaşım var, doğrudanmı mənə tabutumun içərisinin min dollarlıq kupyuralar ilə bəzədilməsi lazımdır?

Mənim zövqüm yoxdur, bəlkə də mən öz otağımın içərisini düzə bilməzdim.

İnsan yalnız yuxuda ikən səhvlərə yol vermir.

Mənim ən çılğın arzum — nə vaxtsa rəhbərliyə qadınların gəlməsidir.

Sahib olduğum avtoritetlə mən istənilən bir axmaqlıq söyləyə bilərəm və heç kəs məni dayandırmağa cəhd etməyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər