4 C
Baku
Cümə, Yanvar 21, 2022

İki ərəb ölkəsinin “mübahisəsi” ardından neft 75 dollardan aşağı düşdü

Neft hasilatının artırılmasına dair Səudiyyə Ərəbistanı və BƏƏ arasında danışıqların nəticəsiz qalmasına aid xəbər dünya bazarında mənfi nəticə doğurur. Birjalarda neftin qiyməti ucuzlaşaraq 75 dolların altına düşüb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:10 radələrində Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 74.54 dollar olub. Bu da cüzi dəyişmədir. Bildirək ki, öncəki gündə 77 dollara qədər bahlaşma yaşamışdı.

WTI neftinin qiyməti Nyu-Yorkun NYMEX birjasında 73.46 dollar/barel olmuşdur. Bu isə 0.12% bahalaşmadı.

Bir çox tanınmış banklar və analitiklər neftin qiymətinin 100 dollar/barrel səviyyəsini ötəcəyi ilə bağlı proqnozlar  versələr də, digər tərəfdən qiymətlərin ifrat dərəcədə artması nəticəsində tələbatın kəskin azalacağını, bununla da bazardakı qiymətlərin nisbətən normal səviyyəyə qayıdacağını bildirənlər var.

Hazırda yeni məlumat – OPEC+ alyansının dağılacağını, alyans üzvlərinin hasilat və ixracat məsələlərini özbaşına həll etməyə başlayacağı fikri də irəli sürülür.

Dünyanın COVID-19 virusuna qarşı vaksinasiyanın sürətlənməsi, iqtisadiyyatın dirçəldiyi bir vaxtda neftin bahalaşmasının kəskin inflyasiyaya səbəb ola biləcəyi, neftə tələbatın səngiyəcəyi də qeyd olunur. Digər bir məsələ isə koronavirusun “Delta” variantı isə hələ də neftin qiyməti və dünya iqtisadiyyatının aktivləşməsi üçün qeyri-müəyyənlik yaratmaqdadır.

Son xəbərlər
Oxşar xəbərlər