6 C
Baku
Saturday, December 14, 2024

İki açıqlanacaq vacib xəbər neft qiymətlərini azaldacaq

Tezliklə dünya bazarında neftin qiymətinin Çin və ABŞ-dan gələn xəbərlərlə əlaqəli 50 dollar/barelə kimi geriləyəcəyi gözlənilir.

Çin hökumətinin 2017-ci il üçün iqtisadi artım proqnozunu son 27 ilin minimal həddi – 6,5%-ə qədər azaltması neftə tələbatın düşəcəyi ehtimallarını artırıb. Xatırladaq ki, 2016-cı ildə Çin iqtisadiyyatı 6,7% artım göstərib.

Bununla yanaşı, ABŞ-da aktiv neftqazma quyularının sayının artaraq son 18 ayın maksimumuna çatması bu ölkədə neft hasilatının bir qədər də yüksələcəyini deməyə əsas verir. Nəticədə, “Brent” markalı neftin qiyməti azalmağa başlayıb. Belə ki, hazırda bu marka neftin qiyməti keçən həftənin cümə gününün qapanışı ilə müqayisədə 0,36% düşərək 55,5 dollar/barelə enib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər