6 C
Baku
Sunday, December 15, 2024

İki ay ərzində Azərbaycan elektrik enerjisini ən çox Gürcüstana ixrac edib

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2192.4 mln. kVt·st, ixracı 158.8 mln. kVt·st, idxalı isə 10.1 mln. kVt·st olub.

Banker.az xəbər verir ki,  bu barədə Energetika Nazirliyindən məlumat verilib.

İki ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4121.2 mln. kVt·ts , Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 54.1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 374,.7 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 10.79 mln. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 333.9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6.2 mln. kVt·st artıb. İrana 5.9 mln. kVt·st, Türkiyəyə 12.7 mln. kVt·st, Rusiyaya 14.7 mln. kVt·st, Gürcüstana isə 300.6 mln. kVt·st elektrik enerjisi ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər