22 C
Baku
Wednesday, May 22, 2024

İki ayda vergi ödəyicilərinə 96.8 min Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 117.921 şəxs qəbul edilib və onlara 178.200 sayda xidmət göstərilib ki, bunlardan 66 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 45 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Banker.az xəbər verir ki, ümumi elektron xidmətlərin 88,6 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

– Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

– Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

– Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

– Asan İmza sertifikatlarının verilməsi;

– Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

– Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

– Vergi ödəyicisinə arayışların verilməsi;

– Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

– Fiziki şəxsin uçotdan çıxarılması.

2024-cü ilin iki ayı ərzində vergi ödəyicilərindən daxil olmuş 6,5 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 330 minə yaxın SMS göndərilib.

Hesabat dövründə 1.642 vergi ödəyicisinin iştirakı ilə 74 görüş keçirilib, 1.108 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Dövr ərzində 59.341 müraciət üzrə 96.892 Asan İmza sertifikatı verilib. 4,5 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər