10 C
Baku
Thursday, December 12, 2024

İki azərbaycanlı “Bank VTB (Azərbaycan)”nın Müşahidə Şurasından çıxıb

Xəbər verdiyimiz kimi, 2018-ci ilin fevral ayında “Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbədənkənar iclasında bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib.

Banker.az-a daxil olan məlumata görə “VTB” bankının Azərbaycandakı törəməsində Müşahidə Şurasının üzvlərinin siyahısına M.Ş sədr müavini Rəşad Rəsullu və üzvü Qorxmaz Ağayev  adları daxil edilməyib.

Qeyd edək ki, Rəşad Rəsullu  2013-cü ildən,  Qorxmaz Ağayev isə 2016-cı ildən bu vəzifələrdə çalışırdılar.

Məlumata görə, “Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasına 3 nəfər — Bortnikov Denis Aleksandroviç (M.Ş sədri), Tsaryev Vladimiroviç ( M.Ş sədrinin müavini) və Popov Dmitri (M.Ş üzvü) nəzarət edəcək.

Qeyd edək ki, bundan əvvəl bank Müşahidə Şurası 5 nəfərlə təmsil olunurdu.

Son xəbərlər
Digər xəbərlər