9 C
Baku
Friday, December 13, 2024

İki azərbaycanlı biznesmen güllələndi, biri öldü

Ukraynanın Donetsk vilayətində bir azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən öldürülüb, digəri isə yaralanıb.

Donetsk Azərbaycanlıları Konqresindən  verilən məlumata görə, iş adamı, Ukrayna vətəndaşı, 42 yaşlı Talıb Tağıyevin avtomobili ötən həftənin sonunda Donetsk şəhərinin kənarında naməlum şəxslər tərəfindən gülləbaran edilib, nəticədə o, yerindəcə keçinib.

Bundan iki gün sonra isə digər iş adamı, Ukrayna vətəndaşı 55 yaşlı Said Səmədov Donetsk şəhərindəki kafelərin birindən çıxarkən naməlum avtomobildəki şəxs tərəfindən güllələnərək ağır yaralanıb. O, hazırda Donetsk vilayətindəki xəstəxanaların birindədir, vəziyyətinin normal olduğu bildirilir.

Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları araşdırma aparır.

APA

Son xəbərlər
Digər xəbərlər