22:20
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.
Bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Azatutyun”a məlumat verib.
Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.
MTX-dən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib.
***
12:41
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünik rayonundan olan iki nəfərin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.
Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, Sünik rayonunun Tex icmasının sakinləri – 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.
Ermənistan MTX bəyan edib ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qayıtması üçün bütün lazımi tədbirlər görülür.