İki bank qorunmayan əmanətlərin ödənişinə başlayır

“Parabank” ASC və “Dekabank” ASC-də qorunmayan əmanətlərin ödənilməsinə başlanılıb. Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, əmanətçilər ləğv prosesində olan banklara müraciət etməklə qorunmayan əmanətlərinin 10 000 manata qədər hissəsini geri ala bilərlər.

Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.