İki bankın qiymətli kağızları ilə ticarət dayandırıldı

Bakı Fond Birjası (BFB) “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

Bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyalarının ləğv edilməsinin investorların mənafelərinin qorunması baxımından mühüm fakt olmasını nəzərə alaraq, BFB adıçəkilən bankların qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

Trend

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər