21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

İki beynəlxalq şirkət Azərbaycanda fəaliyyət üzrə müqavilə imzalayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Şotlandiyanın dəniz avadanlıqlarının istehsalı və icarəsi üzrə ixtisaslaşmış “Motive Offshore” şirkəti və dəniz platformaları və sualtı qurğuların dizaynı, quraşdırılması sahəsində ixtisaslaşmış beynəlxalq “Orca Offshore” şirkəti arasında Azərbaycanda fəaliyyət üzrə anlaşma memorandumu imzalanıb.

Xarici mətbuata istinadən xəbər verilir ki, imzalanan müqavilənin müddəti 2 illikdir.

“Hazırda bir sıra yüksək səviyyəli qlobal tərəfdaşlarımız var və “Orca” ilə olan anlaşma gələcək əməkdaşlıq üçün əla fürsətdir”,- deyə “Motive Offshore” şirkətinin Baş icraçı direktoru  Deyv Acton bildirib.

“Orca Offshore” şirkətinin direktoru Craig Dunn qeyd edib ki, “Motive Offshore” şirkətinin geniş texniki təcrübəsi “Orca” şirkətinin Azərbaycandakı mövcud neft və qaz biznesinə qarşılıqlı fayda təmin edəcək əməkdaşlıqdır və memorandum bölgədəki imkanları  artırır.

“Hər iki şirkət Bakıda əsas EPC (Layihələndirmə, Satınalma və Tikinti) podratçı  altırəqəmli müqavilə imzalayıb. Məhsul və xidmətlərin hər birini Azərbaycanın daxili bazarına çıxarmaq üçün birlikdə işləməkdə davam etməyi planlaşdırırıq”,- deyə “Motive Offshore” şirkətindən bildirilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər