İki beynəlxalq qurum Azərbaycanın neft hasilatının OPEC+ kvotasından geri qaldığını bildirir

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı 450 min barel təşkil edib. Bu, mart ayı ilə müqayisədə 10 min barel və ya 2.2 % azdır.

Banker.az xəbər verir ki, Agentliyin hesablamalarına əsasən, Azərbaycan “OPEC+” sazişi çərçivəsində müəyyən edilmiş gündəlik 551 min barellik kvotadan 101 min barel geri qalıb.

Digər tərəfdən, OPEC-in aylıq hesabatında Azərbaycanda aprel üzrə gündəlik neft hasilatının 460 min barel olduğu qeyd edilir. Bu göstərici mart ayı ilə müqayisədə 3 min barel çoxdur. Hesabata əsasən, faktiki OPEC+ qrupunun hasilat kvotadan 91 min barel aşağı olub.

Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703.2 milyon manatlıq ÜDM istehsal edilib ki, bu da illik müqayisədə 0.3 % azalma deməkdir. Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1.2 % azaldığı halda, qeyri-neft-qaz sektorunda cəmi 0.2 % artım qeydə alınıb.

İlk rübdə neft hasilatı 6 milyon 629,7 min ton olmaqla illik 3.4% azalıb. Ümumilikdə neft-qaz sektoru 7 milyard 745,1 milyon manat dəyərində olub.

Son xəbərlər
Digər xəbərlər