12 C
Baku
Sunday, October 27, 2024

İki Britaniya və bir Türk şirkəti Azərbaycan bazarını tərk edir

Türkiyənin “Gökşin İnşaat Gıda Turizm Bilişim Tüketim Malları Pazarlama Madencilik Ve Proje Müşavirlik Hizmetleri Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycandakı filialı ləğv olunur.

Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, ev 22 ünvanına bildirə bilərlər.

Böyük Britaniyanın iki şirkəti Azərbaycanı tərk edib.  Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Türkiyə şirkəti də bazarı tərk edir

Belə ki, “Lloyd`s Register Inspection Limited” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

Bununla yanaşı, “Vvipson Capital Management UK Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov,ev 51, mənzil 2 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Lloyd`s Register Inspection Limited” şirkətinin baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Şirkət sənayenin müxtəlif sahələrində təhlükəsizlik xidmətləri təklif edir.

“Vvipson Capital Management UK Limited” isə konsaltinq və vəsaitlərin idarə olunması xidmətlərinin təklifi ilə məşğuldur.

Mənbələr: APA və Report

Son xəbərlər
Digər xəbərlər