22 C
Baku
Monday, May 20, 2024

İki damla yağ –ibrətamiz hekayə

Gözəl günlərin birində oğul atasına yaxınlaşıb soruşur:

-Ata, həyatda uğura nail olmaq üçün nə etmək lazımdır?

– Bilmirəm, oğlum. Bu sual mənim üçün çox çətindir, get anandan soruş

– Bilmirəm, oğlum –ana cavab verdi, get hündür dağın ətəyində, qədimi və gözəl qəsrdə yaşayan müdrik insandan soruş.

Oğlan qədimi qəsrə doğru yola düşür. O, qəsrə daxil olanda müdriki görür və ondan soruşur:

– Sən çox ağıllı və dünya görmüş insansan, uzun həyat sürmüsən, de mənə, həyatda uğura nail olmaq üçün nə lazımdır?

– Çətin sualdır, – müdrik cavab verir. Mən mütləq bu suala cavab verəcəyəm, amma bir az sonra. Hələliksə sən mənim malikanəmi gəz, sarayın gözəlliklərini seyr elə, mətbəximdə rastına çıxan təamlardan dad, mənim bağlarımda yaşayan ecazkar quşların nəğmələrini dinlə və sonra cavabını almaq üçün mənim yanıma qayıt.

Oğlan sarayı seyr etməyə getməyə hazırlaşırdı ki, müdrik onu saxlayır:

– Az qala sənə demək yadımdan çıxmışdı. Bu qaşığı götür, onun içərisində -iki damla yağ vardır, ehtiyatlı ol ki, saraya baxdığın zaman onları dağıtmayasan.

Bir müddət sonra oğlan qayıdır, müdrikin verdiyi qaşığı və içindəki damlaları da əlində tutur.

– Necə oldu, mənim sarayımı bəyəndin?

– Mən heç nə görə bilmədim – yağı dağıtmaqdan qorxurdum, – oğlan cavab verdi.

Müdrik insan onu yenidən sarayı seyr etməyə göndərdi. Bir neçə saatdan sonra oğlan sevincək və şən şəkildə müdrikin yanına qayıdır. O, böyük şövqlə danışmağa başlayır ki, həyatında belə bir gözəllik görməyib. Müdrik xahiş edəndə ki, qaşığı ona göstərsin məlum olur ki, qaşıq boşdur, orda heç nə yoxdur.

– Sən məndən soruşurdun ki, həyatda uğura necə nail olmaq olar? Mən sənin bu sualına cavab verə bilərəm – qoca müdrik ona deyir.

– Biz həyata ona görə gəlirik ki, həyata sevinək, onun gözəlliklərindən zövq alaq, biz gördüklərimizi və eşitdiklərimizi özümüzə hopdurur, zaman keçdikcə təcrübə toplayırıq ki, bu da bizə həyatı situasiyalarda köməklik göstərir. Bununla eyni zamanda biz daha ehtiyatlı, daha diqqətli olur, əldə etdiklərimizi itirməkdən qorxuruq, necə ki, sən sarayın gözəlliklərini seyr edərkən, o iki damla yağı dağıtdın. Uğurun sirri öz qaşığındakı həmin iki damla yağı unutmamaq, onları yadda saxlamaqdır.

Dəyərli nə isə tapmaq olduqca çətin, itirmək isə olduqca asandır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər