22 C
Baku
Thursday, September 29, 2022

İki dövlət qurumu ticarətin asanlaşdırılması üçün əməkdaşlıq edəcək

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd bu gün “Azərbaycan Respublikasının regionlarının 2014-2018 -ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans çərçivəsində imzalanıb.

Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Oxşar xəbərlər