22 C
Baku
Friday, April 26, 2024

İki dövlət arasında ticarət dövriyyəsi ötən il 100 milyard ABŞ dollarını ötüb

Çin ilə Rusiya arasında ticarət dövriyyəsi ötən il 100 milyard ABŞ dollarını ötüb. Bu, iki ölkənin iqtisadi münasibətlərində rekord göstəricidir.

Banker.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyinin rəsmisi Qao Fen açıqlama verib. Ötən ili Çin ilə Rusiyanın iqtisadi münasibətlərində məhsuldar dövr kimi xarakterizə edən nazirliyin rəsmisi bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarətin artım tempi Çinin digər əsas ticarət tərəfdaşları ilə olan artımdan daha yüksək olub. Çin ötən il Rusiyanın əsas ticarət tərəfdaşı ünvanını qoruyub, Rusiya isə hazırda Çinin ticarət tərəfdaşları siyahısında 10-cu yerdədir.

Keçən il iki ölkə arasında maşınqayırma və elektrik avadanlığı, yüksək texnologiya və kənd təsərrüfatı məhsulları ticarətində nəzərəçarpan artım qeydə alınıb. Bundan başqa, tərəflər enerji, nüvə, kosmos, transsərhəd infrastrukturu və digər sahələrdə uğurlu əməkdaşlıq edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər