22 C
Baku
Friday, April 19, 2024

Palata və AİŞ “PAŞA Sığorta” ilə anlaşıb

“Paşa Sığorta” ASC Maliyyə Bazarlarına Nəzarət Palatası və  “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, Sığorta Şirkəti MBNP ilə 272 445 manat müqabilində Palatanın əməkdaşlarının və onların ailə üzvlərinin könüllü tibbi sığorta növü üzrə sığortalanması xidmətini həyata keçirəcək.

Digər müqavilə isə, AİŞ ilə , işçilərin könüllü tibbi sığorta xidməti 16 450 manat müqabilində həyata keçirəcək.

Bildirək ki, “Paşa Sığorta” ötən ilin müvafiq dövründə AİŞ ilə 15 750 manat eyni xidmət üzrə müqabilində imzalamışdı. 

Qeyd edək ki, son illərdə bir neçə dövlət qurumu “Paşa Sığorta”ya daha çox etimad göstərir. Bura “AzeriGold” QSC, “BakuBus” MMC, Sahibkarlığın İnkişafı Fondu, Enerji Məsələlərini Tənzimləmə Agentliyi PHŞ, İpoteka və Kredit Zəmanət Fondu kimi qurumlar aid etmək olar.

Son xəbərlər
Digər xəbərlər