İyunun 5-i və 6-da Bakıdan bölgələrə 605 reys həyata keçirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bu müddətdə 20 554 sərnişin daşınıb.
Qeyd olunub ki, adi günlərlə müqayisədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 205 əlavə reys təşkil olunub.
38% sərnişin biletini onlayn qaydada Biletim.az üzərindən əldə edib.