6 C
Baku
Sunday, December 15, 2024

İki il əvvəl həbsdən çıxan şirkət rəhbəri barəsində yenidən cinayət işi başlanıb

“Avro Qrand” şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb.

X. Cəfərov külli miqdarda dələduzluqda ittiham edilir. Cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.

X. Cəfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, X. Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq zadlığa buraxılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər