10 C
Baku
Friday, December 13, 2024

İki il öncə satın alınan qida şirkətinin nizamnamə kapitalı ₼56 milyona qaldırılıb

Azərbaycanda qida sənayesində fəaliyətdə olan “AgroTrade Supply” MMC-nin (ATS) törəmə şirkəti “ATS Food” MMC-yə yenidən sərmayə yatırılıb.

Banker.az xəbər verir ki, “ATS Food” MMC-nin nizamnamə kapitalı yenidən 16.231 milyon manat və ya 40.3 faiz artırılıb.

Bununla da nizamnamə kapitalı 56.534 mln. manata yüksəldilib.

“ATS Food” MMC ölkənin qida istehsal edən şirkətlərindən iri “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb. Şirkətin kapitalı iki hissəyə bölünməklə, onun yarısını “AgroTrade Supply” MMC satın almışdı.

ATS ölkədə aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə əməkdaşlıq edən, alıcılara kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən bir şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirməkdir.

ATS-in strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir. Bundan başqa ATS Qrup 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur.

 

Son xəbərlər
Digər xəbərlər