15 C
Baku
Friday, March 29, 2024

İki ildən sonra ilk dəfə Azərbaycanda işsizlik səviyyəsi artmağa başladı – İşsizlik necə hesablanır

2021-ci ilin noyabrında Azərbaycanda işsizlik səviyyəsi 5.96% səviyyəsinə qalxmaqla məlum oldu ki, son iki ildə ilk dəfə işsizlik səviyyəsi artıma doğru istiqamət alıb.

Banker.az-ən xəbər verir ki, Azərbaycanda 315.8 min nəfər işsiz vardır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Öncəki ayda isə Azərbaycanda işsizlik səviyyəsi 6.05%-dən 5.95%-ə qədər azalmışdı.

Azərbaycanda son illərdə ilk dəfə 2020-ci ilin yanvar 1-də işsizlik 6.96%-dən 7.16%-ə qədər yüksəlmişdi.

324342

Dövlət Statistika Komitəsi işsiz kimləri sayır?

İşsizlər – əmək qabiliyyətli şəxslər üçün müəyyən olunmuş əmək qabiliyyətli yaşda:

a) işi (pul və ya gəlir gətirən məşğuliyyəti) olmayan,
b) iş axtarmaqla məşğul olan, yəni dövlət və ya kommersiya məşğulluq xidmətinə müraciət edən, mətbuatda elanlardan istifadə edən, birbaşa müəssisənin müdiriyyətinə və ya işəgötürənə müraciət edən, şəxsi əlaqələrdən istifadə edən və ya şəxsi işini təşkil etmək üçün təşəbbüs göstərən,
c) müəyyən vaxt ərzində işə başlamağa hazır olan şəxslərdir.

Məktəblilər, tələbələr, pensiyaçılar və əlillər o zaman işsizlərə aid edilirlər ki, onlar iş axtarmaqla məşğul olmuşlar və işə başlamağa hazır olmuşlar. Əmək Statistiklərinin Beynəlxalq Konfransı tərəfindən qəbul olunmuş prinsiplər bu tərif üçün əsas kimi götürülmüşdür.

İşsizlərin sayına, cinsinə, yaşına, təhsil səviyyəsinə, yaşayış yerinə, ixtisasına, iş axtarmaq davamiyyətinə (işsizlik davamiyyətinə bax) və s. görə məlumatlar əhalinin iqtisadi fəallığına dair müayinələrin məlumatlarına əsaslanır (“İşçi qüvvəsinin müayinəsi”nə bax). İşsizlərin tərkibindən dövlət məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyata alınmış işsizlər ayrılır.

İşsizlik səviyyəsi – baxılan dövrdə, işsizlərin sayının iqtisadi fəal əhalinin sayına faizlə nisbətidir. İşsizlik səviyyəsi əhalinin müxtəlif yaş qrupları, kişilər və qadınlar, müxtəlif təhsil səviyyəli şəxslər və s. üzrə hesablana bilər.

İşsizlərin Qeydiyyat Əmsalı-işsizlərin ümumi sayında dövlət məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyatdan keçmiş işsizlərin xüsusi çəkisidir.

Azərbaycanın regionları üzrə bu əmsalın əhəmiyyəti geniş diapazona malikdir. Həm kəmiyyət, həm də istiqamətlər üzrə, yəni həm artma, həm də azalmağa doğru dəyişir. İşsizlərin qeydiyyat əmsalının hesablanması üçün ümumi işsizlərin sayı və dövlət məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı vahid metodoloji əsasa gətirilir, yəni işsizlərin ümumi sayından, qanunvericiliklə işsiz hesab edilməyən işsizlər çıxılır. Sonunculara təqaüdçülər (pensiyaçılar) və əyani təhsil alan tələbələr daxildir.

Son xəbərlər
Digər xəbərlər