8 C
Baku
Friday, March 29, 2024

İki illik dövlət ilik istiqrazlarının da gəlirliliyi azaldı

20 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (AZ0105012881 ISIN-li) 40 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az bu barədə BFB-ya istinadla xəbər verir.

Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 91.3372 (12.0000%) və 100.5899 (6.6800%) olan 34 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0184 (6.9899%), orta ölçülmüş qiyməti  100.0972 (6.9471%) müəyyən edilib. Bildirək ki, öncəki hərracda (9 mart 2021-ci il tarixində) 728 gün tədavül müddətinə olan istiqrazların kəsmə qiyməti 98.5446 (7.8000%), orta ölçülmüş qiyməti 98.5856  (7.7772%) müəyyən edilmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 228 023 100 manat yerləşdirilmiş həcmi isə 60 milyon manat manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 18 aprel 2023-cü  il.

Hərrac iştirakçıları 21 aprel 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər