20 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az BFB-yə istinadən xəbər verir ki, iki illik dövlət istiqrazlarının orta gəlirliliyi 30 iyulda 9.2% olduğu halda, 20 avqust tarixində keçirlən hərracda 9.3%-ə yüksəlib.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
| Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201070213 |
| İstiqrazların tədavül müddəti | 728 gün |
| Buraxılış həcmi | 60,000,000 manat |
| Nominal dəyəri | 100 manat |
| Minimal qiymət | 94.2210 (9.7500%) manat |
| Maksimal qiymət | 95.3700 (9.0836%) manat |
| Kəsmə qiyməti | 94.9259 (9.3400%) manat |
| Ortaçəkili qiyməti | 95.0364 (9.2760%) manat |
| Reallaşdırılmış həcmi | 90,000,000 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 142,536,200 manat |
| İnvestor sayı | 10 |
| Sifarişlərin sayı | 26 |
| Ödəmə tarixi | 18.08.2026 |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |






