14 C
Baku
Sunday, November 24, 2024

İki illik dövlət istiqrazlarının gəlirliliyi son 4 ilin maksimumuna yüksəlib

Azərbaycanda iki illik dövlət istiqrazlarının da gəlirliliyi yüksəlməkdəri və 2020-ci ilin iyunundan bu tərəfə maksimuma qalxıb.

Banker.az xəbər verir ki, 15 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda orta gəlirlilik 9.47%-ə yüksəlib ki, bu da 2020-ci ilin iyununda qeydə alınmış 9.46%-i də üstələyir.

Qeyd edək ki, son hərrac avqustda keçirilmişdi və müvafiq göstərici 9.27% idi.

Sonuncu dəfə Maliyyə Nazirliyi bununla bağlı şərh verərkən gəlirliliyin yüksəlməsini bazardakı likvidliklə əlaqələndirib.

Son xəbərlər
Digər xəbərlər