5 C
Baku
Monday, December 16, 2024

İki illik dövlət istiqrazlarının gəlirliliyi son bir ildə ilk dəfə azalıb

17 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040018 ISIN-li, 50 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az BFB-ya istinadla xəbər verir ki, bu da son iki ildə 2 illik dövlət istiqrazları üzrə orta gəlirlilikdə qeydə qalınmış ilk enişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 89.6127(11.9950%) manat və 96.3702 (7.9999%) manat olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.1528 (9.27%) manat, orta ölçülmüş qiyməti isə 94.3533(9.1536%) manat müəyyən edilib. 2022-ci ilin 27 dekabrında keçirilmiş iki illik istiqrazların gəlirliliyi cəmi 9.26% təşkil etmişdi.

Sonuncu dəfə isə 2022-ci ilin yanvarlında hərraclarda eniş trendi -5.27%-dən 3.5%-ə enmişdi və iki illik dövlət istiqrazları üzrə artım dinamikası müşahidə edilirdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136,285,200 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 18 yanvar 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 14 yanvar 2025-ci ildir.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

s234322332

Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər.

Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər