8 C
Baku
Monday, November 18, 2024

İki iş yerində işləmək olarmı?

Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçinin əmək kitabçası əsas iş yerində qalır. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.

Əgər işçi əlavə iş yerində işləmək işləyirsə, bu halda həftəlik iş vaxtı normasının yarısını keçməməlidir. İşçinin əlavə iş yeri əsas iş yeri üçün müəyyən olunmuş müddətdən sonradırsa bu halda işəgötürəndən icazə almağa ehtiyac yoxdur, lakin əsas iş yerinin müddətinə daxildirsə, bu halda mütləq işəgötürəndən icazə almalıdır.

Əgər işçi zərərli iş yerində işləyirsə, eyni şəraitli başqa iş yerində işləməyə icazə verilmir. Həmçinin əlavə iş yeri üzrə işləyən işçi ilə də əmək müqaviləsi bağlanmalıdır və həmin əmək müqaviləsi əmək müqaviləsi bildirişi alt sisteminə daxil olunaraq hüquqi qüvvəyə minməlidir.

Son xəbərlər
Digər xəbərlər