Bir il ərzində iki minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb, 10-a yaxın inzibati protokol tərtib olunub.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktor müavini Orxan Əliyev deyib.
Məlum olub ki, cərimələr 500 manatdan 10 min manata qədərdir.
O.Əliyev bildirib ki, açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması prosesi sentyabrda başa çatacaq:
“Sahibkarlara xəbərdarlıq da edilib və deyilib ki, sahibkarlar reklam konstruksiyasının növünə, texniki tələblərinə, istismara yararlılığına diqqət etməlidirlər”.