25 C
Baku
Saturday, July 27, 2024

İki nəhəng bank 1,15 milyon dollar cərimələndi

Banker.az saytı xəbər verir ki, Sinqapurun Valyuta nəzarəti idarəsi “Credit Suisse” və “United Overseas Bank” banklarını çirkli pulların yuyulması ilə mübarizə qaydalarının pozulmasında ittiham edərək ümumilikdə 1,6 milyon Sinqapur dolları (1,15 milyon ABŞ dolları ) həcmində cərimləyib.

Bu iki nəhəng bank Malayziya dövlət fondu – 1Malaysia Development Berhad (1MDB) ilə əlaqəli maliyyə əməliyyatları zamanı sözügedən qaydaları pozublar. Bu pozuntu isə Malayziya idtisadiyyatına yardım etmək məqsədilə yaradılmış fonddan 1 milyard dollardan çox vəsaitin oğurlanması işi ilə bağlı beynəlxalq araşdırma gedişində aşkar edilib.

İsveçrənin Credit Suisse bankı 700, United Overseas Bank isə 900 min Sinqapur dolları həcmində cərimlənib. Yeni cərimələr ABŞ, Malayziya, Sinqapur və İsveçrədə aparılan araşdırma gedişində təyin edilmiş daha əvvəlki cərimələrdən əhəmiyyətli dərəcədə azdır.

Hazırda ümumi 29,1 milyon Sinqapur dolları həcmində cərimə 8 banka qarşı təyin edilib. Keçən il isə idarə DBS, UBS, Standard Chartered və özəl Coutts bankını cərimələmiş, BSI Bank və Falcon Bank banklarının filialları ilə bağlanmışdı.

Müstəntiqlər belə güman edirlər ki, 2009-cu ildə Malayziya fondunun işə salınmasından bu günə qədər fonddan milyardlarla dollar oğurlanıb. Bu vəsaitlərin bir hissəsi ABŞ-da aktiv alınmasına sərf edilib.

Son xəbərlər
Digər xəbərlər