23 C
Baku
Tuesday, October 1, 2024

İki nəfərlik kamera…

İki şəxsi bir həbsxanada eyni kameraya salırlar. Onların hər ikisi eyni şərtlər daxilində olsalar da, onlardan biri bədbəxt, digəri isə təəccüblü olsa da xoşbəxt görünürdü.

— Nəyə görə belə fikirli və kədərlisən? — deyə xoşbəxt şəxs ondan soruşur.

Burda sevinməli nə var axı? Mənim bəxtim gətirmədi. Az əvvəl mən azadlıqda idim və istirahət mərkəzində dincəlirdim. Özün yəqin başa düşürsən ora buradan necə rahatdır – deyə bədbəxt şəxs deyindi və öz növbəsində sevinən şəxsdən soruşdu:

— Bəs sən niyə halından belə məmnunsan?

— Görürsən, az əvvəl mən başqa bir həbsxanada idim. Oradakı şərait burada olduğundan dəhşətli idi. Bura isə ora ilə müqayisədə mənim üçün əsl istirahət mərkəzidir. Orda hamı bura düşməyi arzulayır, lakin tək mənim bəxtim gətirdi. Buna görə də, nəyə görə də sevinməyim?!

Son xəbərlər
Digər xəbərlər