Haqqında cinayətlə bağlı məhkəmə işləri aparılan iki nəhəng bank cinayət məsuliyyətindən qurtulmaq üçün istənilən məbləğdə olan vəsaiti ödəməyə hazırdırlar. Belə ki, BNP Paribas və Credit Suisse məhkəmə işlərinin davam etdirilməməsi üçün bütün mümükün tədbirlərə əl atmışlar. Amerikanın mətbuat orqanlarının verdiyi məlumata görə, hər iki bankın nümayəndələri rəsmi ittihamçılardan vəziyyətlərinin yüngülləşdirilməsinə nail olmaq üçün bir çox cəhdlər etmişlər.
Bundan əlavə, banka qarşı sərt sanksiyaların həyata keçirilməsi ABŞ bank sektorunda böhrana səbəb ola bilər. Çünki bu iki nəhəng bank bütün dünya üzrə həyata keçirilən ən nəhəng əməliyyatların əsas iştirakçılarıdırlar.
Fransanın nəhəng maliyyə şirkəti BNP Paribas 2012-ci ildə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşmüşdü. Bu zaman belə aydın olur ki, bank 2002-2009-cu illər ərzində rəsmi dairələr tərəfindən qadağaların olmasına baxmayaraq İran və Sudandan olan müştərilər üçün əməliyyatlar keçirmişdir.
İsveçrənin bank nəhəngi Credit Suisse-də analoji vəziyyət ilə qarşılaşmışdır. Bank varlı amerikalıların vergidən yayınmasına köməklik etmişdi. Bankın fırıldaqları sayəsində 2002-2008-ci illər ərzində 22 min amerikalı vergidən yayınmağı bacarmışdır.