İki nazir vətəndaşlarla görüşün vaxtını dəyişdi

Azərbaycanda iki nazir vətəndaşlarla görüşlərin vaxtını dəyişib.

Banker.az xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayevin mayın 18-də Ağcəbədidə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir.

Yeni Kənd təsərrüfatı naziri təyin edilmiş İnam Kərimovun Yevlax rayonunda Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə nəzərdə tutlulan görüşünün tarixi dəyişdirilərək may ayının 23-nə keçirilib.

Bundan əlavə digəri, Vergilər naziri Mikayıl Cabbarovun may ayının 19-da Şamaxı rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı dəyişdirilmişdir. Qəbul 30 may 2018-ci il tarixində saat 11:00-da Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Bakı-Qazax şossesinin 118-ci km-i) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı, Ağsu və Qobustan rayon sakinləri üçün təşkil ediləcək.