11 C
Baku
Saturday, November 16, 2024

İki neft-qaz şirkəti birləşib

“Royal Dutch Shell” (İngiltərə-Hollandiya) neft-qaz konserni və “BG Group” (Böyük Britaniya) neft-qaz şirkətinin birləşmə prosesi yekunlaşıb.

“RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, analitiklərin hesablamalarına görə, Screen-Shot-2014-04-29-at-10.59.47yaradılan yeni şirkət neft-qaz bazarının ikinci böyük şirkəti olacaq.

“Bu gündən “BG Group” şirkəti “Royal Dutch Shell”in bir hissəsi olub. Bu, “Shell” üçün çox vacib andır. Biz Braziliya və Avstraliya da daxil olmaqla, dünyanın bir çox ölkəsində neft-qaz hasilatı layihələrini almışıq və daha sadə və iqtisadi effektli şirkət formalaşdıra biləcəyik. Birlikdə təcrübəmizi dərinsulu hasilata və maye qaza yönəldəcəyik”, – deyə “Shell” şirkətinin rəhbəri Ben van Berden bildirib.

Report

Son xəbərlər
Digər xəbərlər