İki Nobel mükafatçısı blokchain start-uplar üzrə məsləhətçi oldu

Sir Christopher Pissarides

Ekspertlər Cryptic Labs blokchain sürətləndiriciyə qatıldılar

Blokchain- sürətləndirici və Cryptic Labs tədqiqat şirkəti, şirkətin məsləhətçilər qrupunun tərkibinə  iqtisadiyyat üzrə iki Nobel mükafatı qazanmış şəxslərin daxil olduğunu bildiriblər.

Məlumat verilir ki Dr. Erik Maskini və Sir Christopher Pissarides məsləhətçi təyin ediliblər. Onlar «təşviq mexanizmlərini, oyun nəzəriyyəsini və makroiqtisadi siyasəti anlamağa» kömək etməlidir.

Harvard universitetində dərs verən Dr. Maskin, öz oyun nəzəriyyəsi bilikləri ilə paylaşacaq  eləcə də hansı-blokchain layihələrin istifadəçilərin fəaliyyətinə təkan verəcəyi haqqında ipucular verəcək. 2007-ci ildə Nobel mükafatını mexanizmlərin dizaynında etdiyi araşdırma üçün alıb.

“Hesab edirəm ki, blokchain texnologiyası müasir iqtisadiyyat üçün vacibdir. Blokchain ilə bağlı  mübahisələrin əksəriyyəti texnoloji sahəyə əsaslanır, mənə isə daha çox bu texnologiyanın verə biləcəyi iqtisadi dəyər maraqlıdır”.
Eric Maskin
İqtisadiyyat üzrə Nobel mükafatı laureate

Sir Pissarides 2010-cu ildə «axtarış modelləri ilə bazarları araşdırmaq» üçün Nobel mükafatını qazandı. O, makroiqtisadi məsələlər üzrə şirkətə və müştərilərinə məsləhət verəcəkdir.

“Sənayədə ilk dəfə Dr. Maskin və Pissarides onların eşsiz bilik və təcrübələrini müştərilərimizə təqdim edəcəklər, o cümlədən davranış iqtisadiyyatının bütün nüanslarını paylaşacaqlar”.

Humphrey Pollanen
Cryptic Labs-ın təsisçisi və idarəedici direktoru