22 C
Baku
Sunday, June 23, 2024

İki ölkə arasında dünyanın ən uzun elektrik kabeli çəkilib

Böyük Britaniya və Danimarka arasında elektrik enerjisi mübadiləsi üçün dünyanın ən uzun sualtı kabeli istifadəyə verilib.

Böyük Britaniyanın “National Grid” energetika kompaniyasının məlumatına görə, uzunluğu 764 kilometr olan 1400 meqavatlıq “Viking Link” kabeli Birləşmiş Krallıqda 2,5 milyon evi Danimarkada istehsal edilən daha ucuz bərpaolunan elektrik enerjisi ilə təmin edəcək.

Dəyəri 1,7 milyard funt-sterlinq olan müştərək layihə üzərində çalışmalar 2019-cu ildə başlayıb və dörd il davam edib. “Viking Link” Böyük Britaniyanı kontinental Avropa ilə birləşdirən altıncı kabeldir. Analoji elektrik kabelləri Belçika, Fransa, Niderland və Norveçə də çəkilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər