12 C
Baku
Saturday, November 23, 2024

İki ölkə Ukraynaya yeni yardım paketi elan edib

Latviya Ukraynaya 2024-cü il üçün yardım paketini elan edib.

Latviya parlamentində bu barədə qərar qəbul olunub.

Qeyd edilir ki, Latviya hökuməti Ukraynanın yenidən qurulmasına 5,3 milyon avro, Ukrayna Silahlı Qüvvələrinə isə 4,3 milyon avro ayırıb.

Məlumata əsasən, həmin vəsaitlər Çerniqov vilayətində sosial infrastrukturun yenidən qurulmasına, qadınların psixoloji realibitasiyasına, rəqəmsallaşmaya, ərazi planlaşdırılması və Aİ-yə inteqrasiyaya dair məsləhətləşmələrə yönəldiləcək.

Başqa bir məlumata görə isə Fransa Ukraynaya istifadə olunmuş yüzlərlə zirehli döyüş maşını göndərəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu bildirib. Onun sözlərinə görə, bu, 2025-ci ilə qədər Ukrayna üçün nəzərdə tutulmuş hərbi yardım paketinə daxildir.

Nazir bildirib ki, artıq işlənmiş həmin texnikalar hələ də istifadəyə yararlıdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər