İki plastik kart birində – yeni yanaşma

Rusiyanın Alfa-Bank-ı Visa ilə birlikdə qeyri-adi məhsul yaratdı. Belə ki, bu məhsul bir tərəfi debet, digər tərəfi isə kredit kartı olan vahid kartdır. “Əkiz” plastik kartı iki çipə, iki maqnit zolağına və iki CVV2-koda sahibdir.

Alfa-Bank nümayəndəsi Aleksey Korovin bildirmişdir: “Bu kartın əsas üstünlüyü onun universal olmağındadır. Bank müştərisi bir kartdan istifadə etməklə həm pul vəsaitini saxlaya və yaxud bankın təqdim etdiyi puldan istifadə edə bilər. Bank sözügedən bu kartları buraxmaqla eyni anda həm debet kart sahibləri, həm də kredit kartı müştərilərinin bazasını artırmaq imkanı əldə edir”.

Bununla yanaşı, Korovin bildirmişdir ki, “Əkiz” kartların ilk buraxılışında hər bir kartın dəyəri adi kartla müqayisədə çox idi. Bu isə kartın hazırlanması zamanı istifadə edilən texnoloji proseslərlə əlaqədardır. Bununla belə, “Əkiz” karta sahib olmaq müştəri üçün iki fərqli karta sahib olmaqdan ucuz başa gələcək.