15 C
Baku
Wednesday, April 24, 2024

İki prokuror təqaüdə göndərildi – Foto

İyunun 6-da Lənkəran hərbi prokuroru İmran Əhmədov və Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Əli Abdullayev təqaüdə çıxmaları ilə əlaqədar Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə prokurorluğun hər iki veteranına uzunmüddətli səmərəli, həminin, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə minnətdarlıq ifadə edilib.

Azərbaycan Baş prokuroru Kamran Əliyevin əmrləri ilə təltif olunmuş prokurorluğun hər iki veteranına “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyələr təqdim edilib.

Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib, birlikdə xatirə şəkli çəkilib.

148d3ca706a8be540049f0f6970900dea54829aa a2af 3319 81bc 30e372b0527b jpg 022fc92bc7f87b71de0e4947866cd34971609b81 c841 3775 b3ec 14877401363b jpg 904ee089ed454ded4207875c51fdcd0b7d7f7804 dbf4 33fc 8594 97154281e6a8 jpg

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər