11 C
Baku
Saturday, November 16, 2024

İki qapalı səhmdar cəmiyyətin ləğvi gizli şəkildə həyata keçirilir

“Dehax” QSC-nin ləğv edildiyi elan edilib. Eyni zamanda, qanunvericiliyin tələblərinə zidd olaraq bu şirkət haqqında reyestr məlumatları Vergilər Nazirliyi tərəfindən gizlidir.”Dehax” QSC (VÖEN 1404250331) 2018-ci ilin iyununda QSC üçün minimum məbləğ – 2 min manat kapital ilə yaradılıb. Onun qanuni nümayəndəsi Fərhad Cavid oğlu Hüseynovdur. Şirkətin ləğvi barədə qərar martın 29-da ictimaiyyətə açıqlanıb. Vergilər Nazirliyinin məlumatına görə, şirkət artıq ləğvetmə mərhələsindədir.

Bu şirkətin hüquqi ünvanı “Bridge Plaza” Bakı Biznes Mərkəzində (A. Bakıxanov küçəsi, 6) yerləşir.

©Burada gizli şəkildə ləğv edilən başqa bir şirkət də yerləşir. “BM Development”QSC (VÖEN 1404113421) ötən ilin fevral ayında 2000 manat kapitalla yaradılıb. Şirkətin direktoru Səməd Ağayusif oğlu Həmidovdur.

©Turan

Son xəbərlər
Digər xəbərlər