18 C
Baku
Sunday, September 8, 2024

İki qardaşın birgə kredit biznesi “Finoko” BOKT-nin portfeli kiçilib, xalis mənfəəti azalıb

Elmar və Elçin Əliyev qardaşlarının şərik kredit təşkilatı “Finoko” BOKT ASC 2023-cü ildə əsas fəaliyyət istiqaməti sayılan kredit portfeli kiçilib, xalis mənfəət kəskin azalıb.

Banker.az xəbər verir ki, BOKT-nin müştərilərə verdiyi kreditlərin həcmi illik müqayisədə 1.7 faiz kiçilməklə 23.516 mln. manata düşüb. Təşkilat əsasən istehlak kreditləri verir və azalmada bunun mühüm payı var.

BOKT-nin cəmi aktivlərinin həcmi isə 31.054 mln. manatdan 33.387 mln. manata yüksəlib.

BOKT-nin öhdəliklərinin həcmi 20.659 mln. manat, o cümlədən bunun 17.22 mln. manatı buraxılmış istiqrazlar üzrə borcdur.

“Finoko” BOKT-nin gəlirləri illik müqayisədə 6.582 mln. manata yüksəlsə də, faiz xərcləri də yüksəlib. Xalis faiz gəliri 4.158 mln. manatdan 3.639 mln. manata düşüb. Əlavə olaraq kredit üzrə zərər inzibati xərclərin artması xalis mənfəəti kəskin azaldıb. 2022-ci ildə 1.403 mln. manat xalis mənfəət etdiyi halda bu rəqəm 2023-cü ildə azalıb – 0.23 mln. manat xalis mənfəət etdiyi məlum olub.

“Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır. 2023-cü ildə Bakı Fond Birjasında səhmlər buraxıb və səhm kapitalı 4.855 mln. manatdan 5.355 mln. manata qaldırılıb.

2323233232323 22222

Son xəbərlər
Digər xəbərlər