“Finoko” Bank Olmayan Kredit Təşkilatı A.S.C 2020-ci ilin ilk yarısı ərzində aktivlərini böyüdüb.
Banker.az bu barədə BOKT-un 2020-ci ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatına istinad edir.
BOKT-un aktivlərinin həcmi son 6 ay ərzində 29.12 mln. manatdan 32.97 mln. manata qədər artıb. Aktivlərdəki artıma nağd vəsaitlərinin artımının 6.06 mln. manata qədər yüksəlməsidir səbəb. Çünki, aktivlərdəki müştərilinə verdiyi kreditlər son yarımillikdə 9% kiçilib.
Öhdəliklərin həcmi isə 4% artımla 24.77 mln. manata qədər yüksəlib. Bunun da 8.11 mln. manatı cəlb eilmiş vəsaitlər(borc) 5.79 mln. manatı bank kreditləri və s. Öhdəliklər təşkil edib.
BOKT 2020-ci ilin yanvar-iyun ayları ərzində 2.42 mln. manatlıq faiz gəliri əldə edib, 1.33 mln. manat faiz xərci edib, nəticədə, 1.09 mln. manat xalis faiz gəliri əldə edib. Qeyri-faiz gəliri 0.25 mln. manat və qeyri-faiz xərci 0.93 mln. manat olmaqla “Finoko”nun xalis mənfəəti 0.42 mln. manat olmuşdur.
“Finoko” BOKT- 4.85 mln. manat nizamnamə kapitalına sahibdir. Səhmlərinə Elçin Əliyev və Elmar Əliyev adlı fiziki şəxslər sahibdir.