1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

“Finoko” kreditləşməni və mənfəətini artırıb

“Finoko” bank olmayan kredit təşkilatı ASC (BOKT) 2019-cu il ərzində  4.79 mln. manatlıq faiz gəliri əldə edib.

Banker.az xəbər verir ki, bu barədə “RSM Azerbaijan” audit şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib.

BOKT ötən il ərzində 3 mln. manatlıq faiz xərci çəkib, beləliklə xalis faiz gəliri 1.78 mln. manatlıq faiz gəliri əldə etməsi ilə tamamlanıb. Problemli kreditlərin geridönməsi hesabına xalis faiz marjası 2.41 mln. manata qədər yüksəlib.

BOKT-un 1.79 mln. manatlıq əlavə xərclərindən sonra 617 min manatlıq mənfəət əldə edib. Nəticədə ili 349 min manatlıq xalis mənfəətlə tamamlayıb.

Banklardan kreditlər cəlb edilib

“Finoko” 2019-cu ildə “PAŞA Bank” ASC-dən bir illik müqavilə əsasında ötən ilin yanvarında 263 min manat, dekabrında isə 3.75 mln. manat həcmində kredit borcu götürüb ki, bunlarında illlik faiz dərəcəsi 7% və 8% təşkil edib. Həmin ilin yanvarında “Azər Türk Bank” ASC-dən 78 min manat (7%) və dekabrında Mərkəzi Bankdan 21 min manat (0.1%) manatlıq kreditlər cəlb edib.

Bundan əlavə, BOKT “Yelo Bank”dan yanvarda 595 min və 212.5 min manatlıq 7 faizlə kreditlər götürmüş və 2019-cu  ilin sonunda bu kreditləri tam bağlamışdır.

BOKT aktiv kreditləşmə edərək kredit portfelini  2019-cu ilin sonuna 19.06 mln. manata çatdırıb ki, bu da 23%-lik illik artım deməkdir. BOKT-un aktivləri isə hesabat dövrünün sonuna  29.12 mln. manat olub.

Xatırladaq ki, “Finoko” BOKT 2014-cü ildə yaradılıb və 4.86 mln. manatlıq nizamnamə kapitalı vardır. Hazırda təşkilat müştərilərə 4 filial və baş ofis vasitəsi ilə xidmət göstərir. Bunlar «Ekspress Yasamal», «Ekspress Tovuz», «Ekspress Qazax» və «Ekspress Göyçay» filiallarıdır.

Son xəbərlər
Oxşar xəbərlər