Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Finoko BOKT” ASC-nin qiymətli kağızları BFB-də ticarətdən çıxarılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə BFB-də ticarətdən çıxarılan səhmlərin sayı 100 000 ədəddir(hamısı).
Qeyd edək ki, bu BOKT 2014-cü ildən Azərbaycan maliyyə bazarına daxil olub və iki fiziki şəxs olan Elçin və Elmar Əliyev qardaşlarının yarı-yarı pay sahibliyi ( 500 min manat hər birinə) ilə yaradılıb. İlk yaradılanda (2014-cü ildə) 300 min manatla yaradılsa da növbəti ildə 1 mln. manata kimi artırılıb. Elçin Ə. hazırda müşahidə şurası sədri, Elmar Ə. isə müşahidə şurası üzvüdür. İlin ikinci yarısındakı göstəricilərə görə, BOKT-un 32 nəfər işçi heyətinə malikdir.