9 C
Baku
Monday, November 18, 2024

İki şəxs “Naxçıvansığorta”nın Direktorlar Şurasını tərk edib

Azərbaycanda yeganə regional sığorta şirkəti olan “Naxçıvansığorta” ASC-nin Direktorlar Şurasının üzvləri vəzifəsindən kənarlaşıb.

Banker.az xəbər verir ki, sığorta şirkətinin Direktorlar Şurasında yer alan iki üzvü –             Əliyeva Nahidə Məmməd qızı və Xəlilov Səbuhi Yusif oğlu vəzifəsindən kənarlaşdırılıb.

Onların yerinə hər hansısa təyinatın olması ilə bağlı hələki xəbər verilmir. Direktorlar Şurasında İsayev İsa Bünyad oğlu sədr kimi təmsil olunur.

N.M.Əliyeva hazırda “Naxçıvansığorta”nın yeganə səhmdarı olan “Naxçıvanbank” ASC-də Müşahidə Şurasının üzvüdir.

“Naxçıvansığorta” 2014-cü ildə yaradılıb, 6 415 769.8 manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “Naxçıvanbank”a məxsudur.

Son xəbərlər
Digər xəbərlər