10 C
Baku
Thursday, December 12, 2024

İki şəxs “AccessBank”ın İdarə Heyəti üzvlüyündən ayrılıb

“AccessBank” QSC-nin İdarə Heyətinin iki üzvü bankdan ayrılıblar.

Banker.az xəbər verir ki, bir müddət İdarə Heyəti sədrini müvəqqəti əvəzləyicisi olmuş, İdarə Heyətinin sədr müavini Yevgeniya  Qaşikulina və onunla eyni vaxta banka təyinat alan İdarə Heyətinin üzvü Andrei Zainulin müqavilə müddətləri başa çatdığı üçün üzvlükdən ayrılıblar.

Qeyd edək ki, “AccessBank” QSC-nin İdarə Heyətinə artıq altı yerli kadr seçilib. İH sədri yeni komanda ilə fəaliyətə başlayıb. Ətraflı.

A.Zainulin və Y.Qaşikulina 2019-cu ilin avqustunda İdarə Heyətinə üzv seçilmişdi.

Y.Qaşikulina buna qədər Moldova bankı olan “ProCredit Bank”da Baş İcraçı direktorun müavini idi. O, “AccessBank”ın sədri Anar Həsənov digər yerli banka sədr kimi transferindən sonra bir müddət bankda sədr vəzifəsini də icra etmişdi.

Y.Qaşikulina artıq yeni təyinatını da alıb. Belə ki, o Frankfurtda “I.D. Inspiring Development” konsaltinq şirkətində böyük bankir vəzifəyə təyin edilib. Maraqlıdır ki, vəzifəsindən ayrılan digər üzv Andrei Zainulin də öncələri Frankfurtfa mənzillənən həmin şirkətdə çalışıb.

 

 

Son xəbərlər
Digər xəbərlər