24 C
Baku
Monday, April 29, 2024

İki sığorta şirkətinin “Yaşıl Kart” sığortası üzrə fəaliyyəti dayandırılıb

Azərbaycanda iki sığorta şirkəti “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyətini dayandırıb.

Bu barədə İcbari Sığorta Bürosunun (İSB) məlumatında bildirilir. Büro “Yaşıl Kart” sığorta növü üzrə iştirakçı sığorta şirkətlərinin siyahısından könüllü ləğv edilən “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti” və “Naxçıvansığorta” ASC-ni çıxarıb. Bununla da “Yaşıl Kart” üzrə fəaliyyət göstərən şirkətlərin sayı 10-dan 8-ə enib.

“Yaşıl Kart” sığorta növü üzrə iştirakçı sığorta şirkətlərinin yeni siyahısı belədir: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Bakı Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər