9 C
Baku
Thursday, January 23, 2025

İki şirkət maliyyə hesabatı məsələsinə görə cəriməndi

Maliyyə Nazirliyi tərəfindən Azərbaycandakı restoranlar şəbəkəsi “Özsüt Azerbaijan” MMC və “GREEN LOGİSTİCS” MMC barəsində inzibati xəta protokolu məhkəmə tərəfindən təsdiqlənib.

Banker.az xəbər verir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hakim Elçin Ağayevin sədrliyi ilə baxılan işdə “Özsüt”ün və “GREEN LOGİSTİCS” barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh tətbiq edilib.

İXM-nin 464-cü maddəsi məcburi auditdən yayınma ilə əlaqəlidir. Həmin maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Özsüt Azerbaijan” MMC 10 gün ərzində Bakı Apellyasiya Məhkəməsinə müraciət edə bilər.

Xatırladaq ki, “Özsüt Azerbaijan” MMC 2018-ci ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər