Azərbaycanda avtomobil satışı ilə ixtisaslaşan iki şirkət arasında “pul çəkişməsi” var. Məhkəməyə verilən Azərbaycanda “IVECO” avtomobilləri satışını həyata keçirən “Orginal Motors” MMC-dir.
Belə ki, Banker.az-ın əldə etdiyi məlumata əsasən “Performance Center Co” MMC Sumaqayıt inzibatı-iqtisadi məhkəməsinə müraciət edərək “Original Motors” MMC-dən ƏDV daxil olnmaqla 66 min avroya (EUR) və 34 min manata (AZN) yaxın manatın ödənilməsi iddia edir.
İddia onunla izah olunur ki, “Original Motors” ilə “Performance Center Co” arasında bağlanmış 01 iyun 2016-cı il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə müqavilə baglanmışdır. Bu müqavilə şərtlərinə görə “Performance Center Co” cavabdeh “Original Motors” sifarişinə əsasən “BakuBus” MMC-yə məxsus “IVECO” markalı avtobusların kondisioner sisteminə texniki xidmət göstərmişdir. Həmin müqavilənin “Sifarişçi” xidmətin dəyərini avtomobili TXS-dan təhvil götürdüyü zaman nağd şəkildə və ya “İcraçı” tərəfindən hesab-fakturanın “Sifarişçi”nin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 təqvim günü ərzində nağd və ya köçürmə yolu ilə “İcraçı”nın hesablaşma hesabına ödəyə bilər. Lakin, avtomobuslara texniki xidmət göstərilməsindən kifayət qədər uzun müddət vaxt keçməsinə baxmayaraq təqdim edilmiş vergi hesab-fakturalarına əsasən müəyyən edilmiş xidmət haqqı hələ də ödənilməmişdir. Bununla baglı tərəflər arasında 15 sentyabr 2017-ci il tarixdə Borca Dair Qarşılıqlı Üzləşmə Aktı baglanmışdır. Həmin Akta əsasən“Original Motors” nin “Performance Center Co” MMC-yə 42 912 EUR (ƏDV daxil olmaqla) və 22 061 AZN məbləğində borcu vardır.
Bundan başqa “Performance Center Co” MMC ilə “Original Motors” MMC arasında baglanmış 01 iyun 2016-cı il tarixli müqavilənin 5-ci maddəsinin 5.9-cu bəndində qeyd edilir ki, “Sifarişçi” xidmət haqqının ödənilməsini gecikdirərsə, hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləgin 0,1% miqdarında dəbbə pulu ödəməlidir”. Müqavilənin bu şərtinə əsasən isə “Original Motors”un “Performance Center Co”ya əlavə olaraq 22 657 EUR və 11 648 AZN cərimə borcu da yaranmışdır.
Məlumata əsasən, tərəflərindən dəfələrlə müxtəlif üsul və vasitələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq bu günə qədər qeyd edilən
borc ödənilməmişdir. Bununla əlaqədar olaraq “Original Motors”un “Performance Center Co”ya bu günə cəmi 65 569 EUR və 33 709 AZN məbləğində borcu yaranmışdır.
Bundan sonra “Performance Center Co” MMC 27.02.2019-cu və 02.03.2019-cu il tarixlərdə borcun ödənilməsi ilə bağlı pretenziyalar ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı faktiki və qeydiyyat ünvanına göndərlməsinə baxmayaraq cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə “Performance Center Co” MMC-nin hüquqlarını pozduğu üçün onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
Məhkəmə iclasında iddiaçı “Performance Center Co” MMC-nin nümayəndəsi Hüseynli Fərman Məhət oğlu iddia ərizəsinə uyğun izahat verərək, məhkəmənin suallarına cavab olaraq bildirdi ki, iddia ərizəsində qeyd edilən borc məbləğinin bir hissəsinin manatla, bir hissəsinin EUR ilə hesablanmasının səbəbi xidmət göstərilən avtobusların zəmanət müddədinin bitməsi ilə əlaqədardır. Cavabdeh zəmanət müddəti bitməmiş avtobuslara edilən xidmətlə bağlı məbləği istehsalçı şirkətdən tələb etdiyi üçün hesablaşma EUR ilə aparılmışdır. Zəmanət müddəti bitmiş avtobuslara xidmət haqqı isə
manatla aparılırdı.
“Original Motors” MMC 2017-ci ilə kimi Bakı şəhərində ofisdə fəaliyyət göstərirdi. Lakin sonradan onlar fəaliyyət göstərmədiklərinə görə göndərilən məktublar ünvanlarına çatmır, cavabsız qalır, cavabdeh şəxslərlə əlaqə yarada bilmirlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Original Motors” MMC-nin ünvanına bildirişlər göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır.
İş materiallarına əlavə edilmiş 01 iyun 2016-cı il tarixli, C-130-S-PCC-15 saylı “Avtomobillərə Texniki Xidmət və Təmiri Haqqında” müqavilədən görünür ki, “Performance Center Co” MMC ilə “Original Motors” MMC arasında müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən “Baku Bus” MMC-yə məxsus olan “IVECO” markalı avtobusların kondisioner sisteminə texniki xidmət və təmir
işlərini icra etməyi, Sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürür.
Həmin müqavilənin 5.9-cu bəndinə əsasən, “Sifarişçi” xidmət haqqının ödənilməsini gecikdirərsə, hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30% dən artıq ola bilməz. İş materallarında olan 15 sentyabr 2017-ci il tarixli “Borca dair Qarşılıqlı Üzləşmə” Aktından görünür ki, “Original Motors” MMC-nin sifarişi əsasında “Baku Bus” MMC-yə məxsus nəqliyyat vasitələrinə 01.07.2015- 15.09.2017 tarixləri arasında zəmanətli şərtlərlə əsas məbləğ üzrə 79716,25 EUR dəyərində xidmət göstərilmiş, bu dövr ərzində “Original Motors” MMC tərəfindən 36804,58 EUR vəsait ödənilmişdir. Nəticədə, 15.09.2017 tarixinə zəmanətli şərtlərlə göstirilmiş servis xidmətinə görə əsas məbləğ üzrə “Original Motors” MMC-nin “Performance Center Co” MMC-ə 42911,67 EUR borcu qalır.
Eyni zamanda 01.08.2017-15.09.2017 tarixləri arasında qeyri-zəmanətli şərtlərlə 22 061AZN məbləğində servis xidməti göstərilmiş və 15.09.2017 tarixinədək heç bir ödəniş olmamışdır. Nəticədə, “Original Motors” MMC-nin “Performance Center Co” MMC-ə aşağıdakı cədvəl üzrə borcu qalmışdır: Zəmanətli 42911,67 EUR, Zəmanətsiz 22061,02 AZN. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq
öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrası tələb
etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda,
işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər
şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikası Mülki Məcələsinin 448.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Borca dair Qarşılıqlı Üzləşmə” aktı ilə cavabdehin iddiaçıya 42911,67 EUR və 22061,02 manat borcunun olması təsdiq olunur. Buna görə də iddia həmin hissədə təmin edilməlidir.
Azərbaycan Respublikası Mülki Məcələsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmə hesab edir ki, “Performance Center Co” MMC ilə “Original Motors” MMC arasında bağlanmış müqavilənin 5.9-cu bəndinə əsasən Dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30% dən artıq ola bilməz. Məhkəmə hesab deir ki, müqavilə şərtləri və hazırki iddia üzrə borc məbləğidə nəzərə alınaraq penya məbləği 22657 EUR-dan 2265 EUR-a kimi, 11648 manatdan 1164 manata kimi azaldılmalıdır.
Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 45176,67 (qırx beş min yüz yetmiş altı EUR altmış yeddi sent) EUR (ödənilməli məbləğ həmin günə Mərkəzi Bankın valyuta məzənnəsinə uygun olaraq manatla ödəniləcəkdir) və 23225,02 (iyirmi üç min iki yüz iyirmi beş manat, iki qəpik) manat məbləğində pul vəsaiti
tutularaq iddiaçıya ödənilməlidir.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi cavabdeh “Original Motors” MMC-dən 45176,67 EUR və 23225,02 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Performance Center Co” MMC-ə ödənilməsi qərarını verib.