24 C
Baku
Tuesday, October 1, 2024

İki şirkətin vəzifəli şəxsləri dövlətə böyük məbləğdə ziyan vurublar

“Olympus” MMC və “N-Turan” MMC–nin vəzifəli şəxsləri yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mövcud olmuş, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə göstəriş vermələri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Banker.az xəbər verir ki, Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında hündürmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər