11 C
Baku
Sunday, March 3, 2024

İki Skandinaviya ölkəsi gənclərin “Moderna” ilə vaksinasiyasını dayandırdı

İki Skandinaviya ölkəsi – Danimarka və İsveç – gənclərin “Moderna” ilə peyvənd olunmasını “ehtiyat tədbiri olaraq” dayandırıb.

Banker.az xəbər verir ki, Danimarka Sağlamlıq Təşkilatı yaşı 18-dən az olanlara “Moderna” peyvəndini təklif etməyəcəyini təsdiqləyib. 12-17 yaş arası sakinlərə yalnız “Pfizer” peyvəndi vurulacaq. Qərar ABŞ və İsraildə “Pfizer”in istifadəsi ilə bağlı toplanan təcrübəyə əsasın verilib.

Danimarka səlahiyyətlilərinə görə, təxminən 1100 azyaşlı “Moderna” ilə peyvənd olunub. Yeni araşdırma bu yaş qrupunun peyvənddən sonra meninqit və miokardit riskini qiymətləndirib.

İsveç Sağlamlıq Bürosunun verdiyi açıqlamada ən çox yayılan simptomlara yorğunluq, nizamsız ürək döyüntüləri, sinə və dərindən nəfəs alma ağrısı daxildir. Skandinaviya tədqiqatının ilkin məlumatları Avropa Dərman Agentliyinə göndərilib.

Xatırladaq ki, daha əvvəl İsveç 1991-ci ildən sonra, yəni yaşı 30-dan az olan insanlar üçün “Moderna” istifadəsini dayandırdığını açıqlamışdı.

 

Son xəbərlər
Digər xəbərlər