25 C
Baku
Saturday, July 27, 2024

İki xəstəxanada kobud pozuntular aşkarlanıb

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Müalicə Diaqnostika Mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub.

Banker.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Baş Prokurorluğa təqdim olunub.

Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.

 

Son xəbərlər
Digər xəbərlər